Azərbaycan OPEC+ nazirlərinin iclasında

Azərbaycan OPEC+ nazirlərinin iclasında
İclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib

Əlcəzairdə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası keçirilib. İclasda ölkəmizi energetika naziri Pərviz Şahbazov təmsil edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə cari ilin avqust ayı üzrə neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in qlobal neft bazarının inkişaf tendensiyalarına dair hesabatı dinlənilib.

2018-ci il iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı qərarının icra vəziyyəti və bazara təsiri nəzərdən keçirilib.

İclasda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, OPEC+ ölkələri tərəfindən öhdəliklər iyulda 109 faiz, avqustda isə 129 faiz yerinə yetirilib. Bu göstəricilər may ayı ilə müqayisədə bazarın balanslaşması istiqamətində mühüm irəliləyişlər hesab edilib. Nazir deyib: “OPEC+ razılaşmasına hələlik 100 faiz əməl edilməsə də, prosesin gedişatı ümumən qənaətbəxşdir. OPEC və qeyri-OPEC ölkələrinin ümumi rəyi ondan ibarətdir ki, hasilatın artırılmasına hazırki yanaşma nailiyyətləri ilin sonuna kimi qoruyub saxlamağa imkan verir və hasilat həcmlərinin bölüşdürülməsinə zərurət yoxdur”.

İclasda OPEC+ ölkələrinin iyun qərarının tam şəkildə yerinə yetirilməsi üçün koordinasiyalı fəaliyyətin və davamlı tənzimlənmənin vacibliyi qeyd olunub. 2019-cu ildən bazarın vəziyyətinin yenidən təhlili və adekvat qərarların qəbulu məqsədəuyğun sayılıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə