İngiltərə Premyer Liqası: "Mançester Yunayted" doğma meydanda xal itirdi

İngiltərə Premyer Liqası:

Sentyabrın 22-də İngiltərə Premyer Liqasının 6-cı turuna start verilib.

Turun gözlənilməz hesabı "Old Trafford" stadionunda qeydə alınıb. "Volverhemton" klubunu qəbul edən "Mançester Yunayted" dogma stadionda xal itirib.

Oyunda hesabı meydan sahibləri açıblar. Pol Pogba uzaq məsafədən qüvvətli zərbə ilə topu rəqib qapısından keçirib. Birinci hissə 1:0 hesabı ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində "Volverhemton" klubu rəqibi əks-hücumda yaxalayaraq, hesaba tarazlıq gətirib. Matçın 53-cü dəqiqəsində Raul Ximenesin ötürməsini Fransanın "Monako" klubundan yeni transfer olunmuş Joao Mautinyo qola çevirib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Premyer Liqanın son çempionu "Mançester Siti" səfərdə "Kardiff Siti"nın qonağı olub. Qarşılaşmada "şəhər"lilər böyük hesablı qələbə qazanıb (5:0). Qolları Serxio Aquera, Riyad Mahrez (2), İlkay Gündoğan və Bernardo Silva vurublar.

Çempionatın lideri "Liverpul" klubu isə doğma meydanda "Sauthempton" klubunun qapısından üç cavabsız top keçirib. Məhəmməd Salah, Vesley Hoedt (avtoqol) və Joel Matip adlarını tabloya yazdırıblar. Beləliklə, ardıcıl olaraq 6 qələbə qazanan "Liverpul" hazırda turnir cədvəlinin vahid lideridir. "Mançester Siti" ondan iki xal geri qalır. Rəqiblərinə nisbətən bir oyun az keçirən “Çelsi” klubu 15 xalla üçüncü yeri tutur.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Fulhem" - "Vatford" - 1:1

"Börnli" - "Bournemount" - 4:0

"Kristal Palas" - "Nyukasl Yunayted" - 0:0

"Lester Siti" - "Haddersfild" - 3:1.

Premyer Liqanın 6-cı turuna "Brayton"-"Tottenhem", "Vest Ham"-"Çelsi", "Arsenal"-"Everton" oyunları ilə yekun vurulacaq.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə