Dövlət komitəsində kütləvi aksiya (VİDEO)

Dövlət komitəsində kütləvi aksiya (VİDEO)
ƏMDK D.Bünyadzadə küçəsi 4-ün sakinlərinə çıxarış verdi

“Əmlakını qeydiyyata al mülkiyyətinə sahib ol” kampaniyası davam edir. Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri bu dəfə Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 4 ünvanında yerləşən, 20 ildən çox yaşı olan binanın sakinlərinə çıxarış verdi.

Binanın həyətində reallaşan layihədə 30 mənzilin sahibinə çıxarışlar təqdim olundu. 20 mənzilin sahibindən isə ilkin müəyyənedici sənədlər toplandı.

Qeyd edək ki, bu günə qədər 15 "kütləvi çixariş" kampaniyasi keçirilib. sosial tədbir fərqli məkanları əhatə edir. “Əmlakını qeydiyyata al mülkiyyətinə sahib ol” aksiyası hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə reallaşır. "Kütləvi çıxarış" vermənin növbəti ünvanı isə 24-28 sentyabr tarixlərində saat 09-dan 17-00-dək Abşeron rayonu Görədil kəndi İlqar Yusubov küçəsi 3 ünvanında keçiriləcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə