Ötən günləri qaytarmağa çalışan 93 yaşlı nənə (Video)

Ötən günləri qaytarmağa çalışan 93 yaşlı nənə (Video)
93 yaşlı qadının fitnes zalında məşqi izləmə rekordu qırıb

Amerikada 93 yaşlı qadının fitnes zalında məşq edərkən çəkilən görüntüləri böyük marağa səbəb olub.

Real.TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan həmin video qısa zaman ərzində izləmə rekordu qırıb. Videonu fitnes zalında çalışan məşqçinin qızı “Twitter” hesabında paylaşıb.

Görüntülərdə məşqçi yaşlı qadınla birgə idman edir. Yaşlı qadın stolda oturub və məşqçisinin hərəkətlərini təkrarlayır. O, çox şən və gümrah görünür.

“Mənim anam 93 yaşlı nənəni məşq etdirir. Bu gördüyüm ən yaxşı məşqdir. Yaşlı qadının təbəssümü ona gəncliyini qaytarır”, - deyə “Twitter” istifadəçisi yazıb.

Paylaşılan video 384 min istifadəçi tərəfindən bəyənilib və yüzlərlə insan həmin görüntüləri təkrar yayıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə