Aya gedəcək ilk sərnişin

Aya gedəcək ilk sərnişin
Yusaku Maesava 2023-cü ildə Aya səyahət edəcək

“SpaceX” şirkətinin təsisçisi İlon Mask ayın ətrafında öz hesabın səyahət edəcək ilk sərnişinin adını açıqlayıb.

Bu, “Zozo” pərrakəndə satış şirkətinin rəhbəri Yusaku Maesavadır. Yaponiyalı milyarderin aya səyahəti 2023-cü ilə planlaşdırılır.

Yusaku Maesava Aya özü ilə yaradıcı insanlar aparmağı da planlaşdırır.

“Təkliyi sevmirəm. Bu təcrübəni mümkün qədər çox insanla paylaşmaq istəyirəm. Ona görə də Aya rəssamlarla getməyə qərar verdim. Dünyanın müxtəlif ölkələrindən rəssamlar dəvət edəcəm”, - deyə Yusaku Maesava deyib.

Kosmik səyahət “SpaceX” şirkətinə məxsus “Big Falcon” (Biq Folkın) raketi ilə icra olunacaq.

Qeyd edək ki, bu, kosmosa ilk ticarət məqsədilə edilən səyahət olacaq. Yer ilə ay arasında məsafə 382 500 kilometrdir.

“Apollo” missiyası 1972-ci ildən etibarən ayın orbitinə heç kim getməyib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə