Bütün Belçika Azərbaycan ailəsinin müdafiəsinə qalxdı

Bütün Belçika Azərbaycan ailəsinin müdafiəsinə qalxdı
Miqrantların saxlanıldığı mərkəzlərdə şəraitin pis vəziyyətdə olduğu bildirilir

Azərbaycandan olan qadının beş uşağı ilə birlikdə zorla xüsusi mərkəzdə saxlanılmasına qarşı Belçikanın səkkiz şəhərində etiraz aksiyaları keçirilib.

Daha əvvəl Belçikanın miqrasiya xidmətləri qərar qəbul etmişdilər ki, bundan sonra miqrantlar, hansıların ki, işlərinə məhkəmədə baxılır, ixtisaslaşdırılmış mərkəzlərdə yerlışdiriləcək. Hüquq müdafiəçiləri hesab edirlər ki, yerli həbsxanalarda saxlanma şəraiti miqrantların saxlanıldığı mərkəzlərdə olduğundan daha yaxşıdır.

Belə qətimkan tədbiri ilk dəfə Azərbaycandan olan qadın və onun beş uşağı, həmçinin Serbiyadan bir ailə barəsində tətbiq edilib.

Miqrantlarla qəddar rəftar adi belçikalılarda hiddət dalğası doğurub və onlar sosial şəbəkələr vasitəsilə miqrasiya mərkəzləri qarşısında etiraz aksiyaları keçirməyə çağırırlar.

Keçən cümə günü belə etiraz aksiyaları Brüsseldə, Namyurda, Sen-Jilldə, Monsda, Lyejdə, Arlonda və başqa şəhərlərdə keçirilib.

Qeyd edək ki, Belçika İnsan hüquqları üzrə Avropa məhkəməsi tərəfindən qınanmaya görə miqrantların zorakı həbsi təcrübəsindən 10 il əvvəl rəsmən imtina edib. Amma indiki hökumət bu qeyri-insani təcrübəyə qayıtmağa qərar verib. /haqqin.az/

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə