Milli musiqimiz 133 yaşında (VİDEO)

Milli musiqimiz 133 yaşında (VİDEO)
Dahi bəstəkar Üzeyir Hacibəyovun anadan olmasından 133 il ötür

Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Milli musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur və məhz bu səbəbdən də 1995-ci ildən bəri onun doğum günü ölkəmizdə Milli Musiqi günü kimi qeyd edilir. Musiqi gününə həsr olunan tədbirlər silsiləsi əvvəlcə Fəxri Xiyabandan, Üzeyir Hacibəylinin qəbrini ziyarətlə başladı.

Daha sonra erməni qəsbkarları tərəfindən Qarabağda güllələnmiş heykəllər ziyarət olundu. Heykəllər önünə güllər qoyuldu. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında davam etdi. Bəstəkarın əsərlərindən parçalar səsləndirildi.

Qeyd edək ki, görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə