“Sportinq”–“Qarabağ” oyununun hakimləri bəlli oldu

“Sportinq”–“Qarabağ” oyununun hakimləri bəlli oldu

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsində Portuqaliyanın “Sportinq” klubu ilə keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.

Matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fransua Leteksiye olacaq. Ona Siril Münyö və Mehdi Rahmuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Frank Şnayder və Kərim Abed olacaqlar.

Matçın hakim-inspektoru Bosniya və herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə çexiyalı Patrik Filipekdir.

Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı “Joze Alvalade” stadionunda keçiriləcək “Sportinq”–“Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə