“Brexit” Londona baha başa gələcək

“Brexit” Londona baha başa gələcək
Kristin Laqard Böyük Britaniyaya xəbərdarlıq etdi

Böyük Britaniya ilə Avropa İttifaqı arasında “Brexit”ə dair razılaşma əldə olmazsa, London böyük iqtisadi itkilərlə qarşılaşacaq.

Bunu Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Britaniyanın maliyyə naziri Filip Hemmondla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Tərəflər rəsmi Londonla Brüssel arasında “Brexit”ə dair razılaşma şərtlərini müzakirə ediblər.

Laqard tərəflərin razılığa gələcəyinə dair nikbin fikirdə olduğunu deyib, lakin danışıqların uğursuz bitə biləcəyini də istisna etməyib.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard deyib ki, Britaniya İttifaqı nizamsız şəkildə tərk edərsə, bunun ağır iqtisadi fəsadları olacaq. Təklif kəskin şəkildə aşağı düşəcək, iqtisadi artım azalacaq, valyuta dəyərdən düşəcək.

Böyük britaniyanın maliyyə naziri Filip Hemmond danışıqlar uğursuz nəticələnərsə, eyni zamanda, Avropa İttifaqının da bundan zərər görəcəyini ifadə edib.

“Brexit”lə bağlı danışıqların yekun mərhələsinə doğru irəliləyirik. Belə bir vaxtda Britaniya xalqının əldə etdiyi nailiyyətləri, onun rifahını risk qarşısında qoya bilmərik. Avropalı qonşularımızla uzunmüddətli tərəfdaşlığımızı zəmanət altına almalıyıq”, - deyə nazir qeyd edib.

Böyük Britaniya Avropa İttifaqını tərk edəcəyi ona qarşı ticarət məhdudiyyətləri tədbiq olunacaq. Bundan başqa Britaniya vətəndaşlarının Avropa ölkələrinə sərbəst səyahəti də məhdudlaşdırıla bilər.

“Brexit” prosesi gələn ilin mart ayında tamamlanacaq.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə