Ərdoğan və Putin razılığa gəldi: silahlar susacaq (VİDEO, YENİLƏNİB)

Ərdoğan və Putin razılığa gəldi: silahlar susacaq (VİDEO, YENİLƏNİB)
Prezidentlər başda Suriya məsələsi olmaqla bir sıra mövzuları müzakirə edib

“Rusiya olaraq Suriyanın İdlib vilayəti ilə bağlı bir narahatlığımız var. İdlibdəki döyüşçülərin Hələb şəhərinə və Rusiya hərbi bazalarına hücum təhlükəsi var”

Bu sözləri Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb tayyib Ərdoğan ilə görüşdən sonra mətbuata birgə bəyanatla çıxış edərkən deyib.

Putinin sözlərinə görə, Ərdoğan ilə görüşdə qərara alınıb ki, İdlibdə tərksilah edilmiş bölgə yaradılsın.

“Oktyabrın 15-də döyüşçülər İdlibdən 15-20 kilometr uzaqlaşacaq və həmin ərazi tərksilah edilmiş bölgə olacaq. Cənab Ərdoğanın təklifi ilə bütün müxalif qrupların ağır silahlarının bölgədən çəkilməsi ilə bağlı qərar qəbul olundu. Bölgəyə Türk və Rus əsgərləri birgə nəzarət edəcək”, - deyə Putin qeyd edib.

Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, müxalif qüvvələr və Əsəd rejiminin nəzarəti altında olan ərazilər arasında tərksilah edilmə barədə razılıq əldə olunub.

“Müxalif qüvvələr olduqları bölgədə qalmağa davam edəcək. Bölgəyə Rusiya və Türkiyə əsgərləri birgə nəzarət edəcək. Radikal qruplar isə bu bölgədə fəaliyyət göstərməyəcək. Rusiya Əsəd qüvvələrinin tərksilah edilmiş bölgəyə hücum etməsinin qarşısını alacaq”, - deyə Ərdoğan bildirib.


 


***20:17 - Ərdoğan və Putindən birgə bəyanat 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin mətbuata birgə bəyanatlka çıxış edib.

 


***17:41 - Son 10 gündə 2-ci Suriya görüşü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Soçidə baş tutan görüşdə tərəflər Suriyanın İdlib şəhərində sülh və təhlükəsizliyə dair müzakirə aparıblar.

Ərdoğan çıxışı zamanı Soçi görüşünün əhəmiyyətinə diqqət çəkib.

“Siyasi, hərbi və iqtisadi sahələrdə fikir mübadiləsi apardıq və bir sıra razılıqlar əldə olunub Soçidən veriləcək bəyanat inanıram ki, bölgəyə də çox fərqli ümid gətirəcək”, - deyə Ərdoğan bildirib.

Putin isə bildirib ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər müsbət yöndə inkişaf etməkdədir.

"Əlaqələrimiz yüksək səviyyədə müsbət istiqamətdə inkişaf edir. İqtisadi-ticarət əlaqələrimiz intensiv şəkildə böyüyür. Eyni zamanda, xüsusilə regionda və beynəlxalq arenada təhlükəsizlik məsələlərində sıx əlaqələrimiz var. Problemlər çoxdur. Sizi Soçidə görməyimə şadam. Təkcə ona görə yox ki, biz fikir mübadiləsi aparacğıq, həm də ona görə ki, bu məsələrin həlli yollarını axtaracağıq", - deyə Putin qeyd edib.

Qeyd edək ki, tərəflərin daha əvvəl Tehranda keçirdikləri sammitdə İdlibin terrorçulardan təmizlənməsi vacib hesab edilmişdi.

Xatırladaq ki, son 10 gündə ikinci dəfə Suriya məsələsi üçün görüşən Ərdoğan və Putin bu il ümumilikdə 4 dəfə görüşüb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə