İsrail-Azərbaycan tərəfdaşlığı (VİDEO)

İsrail-Azərbaycan tərəfdaşlığı (VİDEO)
İki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir

İsrailin müdafiə naziri Aviqdor Libermanın Bakıya səfəri və burada ölkə başçısı İlham Əliyevlə, azərbaycanlı həmkarı Zakir həsənovla eləcə də digər dövlət strukturlarında keçirdiyi görüşlər ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində regional təhlükəzilik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri əsas müzakirə mövzusu olub. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Vahid Bayramov bu səfəri İsrail Azərbaycan tərəfdaşlığının bariz nümunəsi kimi qiymətləndirir.

Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc qeyd edir ki, İsrail azərbaycan arasında ümumi siyasi əlaqələr fonunda onun hərbi qanadı daha əlahiddə inkişaf edib və İsrail kimi hərbi qüdrəti böyük olan bir ölkə ilə istənilən ölkə hərbi əməkdaşlıqda maraqlıdır.Və ən əsası belə səfərlər azərbaycanın təhlükəsizlik maraqlarının təminatı baxımdan olduqca vacibdir.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə