Sabah bilik günüdür (VİDEO)

Sabah bilik günüdür (VİDEO)
15 sentyabr məktəblərdə qeyd olunacaq

Sabah bilik günüdür. Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” imzaladiği əmrə əsasən, Azərbaycanın bütün ümumtəhsil məktəblərində “Bilik günü” sentyabrın 15-də təntənəli şəkildə qeyd ediləcək.

Əmrdə “Bilik günü” tədbirinin saat 8.00-dan etibarən dövlət himninin səslənməsi ilə başlanması qeyd olunub.

Həmçinin sentyabrın 15-i şənbə gününə təsadüf etdiyindən beşgünlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdlərinin, xüsusilə də birinci sinif şagirdlərinin müəllimlərlə görüşləri, sinif otaqları, dərs cədvəli ilə tanış olmaları, siniflərin növbəliliyi barədə məlumatlandırılmasının təmin edilməsi əmrdə yer alıb.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə