Prezident müraciətə reaksiya verdi (VİDEO)

Prezident müraciətə reaksiya verdi (VİDEO)
Binanın foyesinin satılması kimi absurd cəhdin qarşısı alındı

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə sabiq prezident Ayaz Mütəllibovun yaşadığı binada foyenin satılması haqda müraciətilə bağlı tədbirlər görülüb. Müraciətin yoxlanılmasının nəticələrinə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu Qurban Xəlilov küçəsi 5-də yerləşən "Tapet Oil Gas Co LTD"nin əmlakına həbs qoyulması üçün tədbirlər görülməsinə təşəbbüs edib. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmlaka həbs qoyulması barədə məsələ məhkəmə qaydasında həll edilir.

Söhbət N.Nərimanovun heykəlinin yaxınlığında tikilmiş ilk hündürmərtəbəli yaşayış evlərindən birindən gedir. Vergi cinayətləri törətdikdən sonra ölkədən qaçan şirkət rəhbəri şübhəli yollarla çoxmərtəbəli yaşayış evinin foyesini özəlləşdirib. Bir gün bina sakinləri onları şoka salan xəbər eşidiblər. Şirkət rəhbərliyi ümumi istifadədə olan və sakinlərin gediş-gəliş üçün istifadə etdikləri foyeni satmaq qərarına gəlib. 

Bir vaxtlar Bakıda yanacaqdoldurma məntəqələri açır, torpaq sahələri əldə etmiş və kiçik armatur istehsalı zavodu tikmişdi. Amma bir qədər sonra işlər düz getməyib, yanacaqdoldurma məntəqələri satılıb, zavod başqa sahibə verilib, daşınmaz əmlak banklara girov qoyulub. Tezliklə şirkət faktiki olaraq müflis olur, girov qoyulmuş əmlakı, o cümlədən həmin yaşayış binasındakı 14 mənzil bankların sərəncamına keçir. 

Tapet-in sahibləri sata bildikləri hər şeyi sataraq, ölkəni tərk ediblər. Beş ildir ki, binanın istismarı üzrə bütün qayğılar sakinlərin öz çiyinlərinə düşür. Bu, Tapet-in bu öhdəlikləri yerinə yetirməkdən imtina etdikdən sonra baş verib. Bütün məsələləri özləri həll etməli olacaqlarını başa düşən sakinlər Mənzil Mülkiyyətləri Müştərək Cəmiyyətini (MMMC) qurublar.

Cənubi Afrika Respublikasında gizlənən şirkət rəhbərliyi bir qadına şifahi etibarnamə, o da öz növbəsində Tapet-in keçmiş sürücüsünə etibarnamə verir. Sürücü isə binaya gələrək, elan edir ki, foyeni satır. Sürücü bina sakinlərinə təklif edir ki, 100 min manata foyeni alsınlar. 

Mənzil Məcəlləsinə görə, yaşayış binalarının foyeləri ümumi istifadədə olan digər məkanlar kimi (pilləkənlər, şaxtalar, binaya bitişik dayanacaq, uşaq meydançası və s.) sakinlərin ortaq mülkiyyətidir. Yəni, onların razılığı olmatan özgəninkiləşdirilə bilməz. 

Bina sakinləri, o cümlədən, sabiq president Ayaz Mütəllibovun müraciətindən sonra məsələyə ölkə prezidenti İlham Əliyev müdaxilə edib və müvafiq tapşırıqlar verib. Yalnız bundan sonra foyenin satılması kimi absurd cəhdin qarşısı alınıb.

Qeyd edək ki, binanın foyesinin ümumi sahəsi 189 kv.metrdir. Orada inzibati otaqlar, gözləmə zalı yerləşir.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə