Qanunsuz ov edən 35 nəfər saxlanılıb

Qanunsuz ov edən 35 nəfər saxlanılıb

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədi ilə mütəmadi reydlər keçirir.

Bu barədə REAL-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı ölkədə ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar tərtib edilərək ümumilikdə 40441 manat məbləğində cərimə tətbiq olunub.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə