Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert olacaq

Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert olacaq

Ssentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək. 

Mərkəzdən REAL-a verilən məlumata görə, konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edəcək.

Konsert proqramında Vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunacaq.

Tədbirdə Azərbaycanın xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natavan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qrupları çıxış edəcəklər. Türkiyənin məşhur “Anadolu atəşi” qrupu əsrarəngiz rəqslərlə gecəyə xüsusi rəng qatacaq.

Tədbir 20:00-da başlayacaq. Konsertə giriş sərbəstdir.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə