Ağır atletlər mübarizəyə başladı (VİDEO)

Ağır atletlər mübarizəyə başladı (VİDEO)
Yarışda yaşı 23-ə qədər olan idmançılar iştirak edir

Şüvəlan ağır atletika üzrə ölkə birinciliyinə start verilib. Ağır Atletika Akademiyasında keçirilən yarışda körpücük üzərinə ilk olaraq qadın atletlər dəvət olunub. 20 yaşa qədər olan qızların yarışında qızıl medalı iki hərəkətin cəmində 170 kq nəticə göstərmiş Səbinə Əzimova qazanıb.

Ölkə birinciliyinin gümüş mükafatı Anna Opanasyuka qismət olub. Fidan Abdurrəhmanova fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Yaşı 23-ə qədər olan zəriflər arasında Firuzə İbrahimova birinciliyi bayram edib. İbrahimova 2 hərəkətin cəmində 177 kq nəticəyə imza atıb. 
Sonrakı iki yerdə Mərziyyə Məhərrəmova və Günel Vəliyeva qərarlaşıblar.

Ağır atletika federasiyasının baş katibi Rizvan Rəsulovun sözlərinə görə son illərdə əsas diqqət məhz gənc və yeniyetmə atletlərə göstərilir. Bunun məntiqli nəticəsi olaraq iki həmyerlimiz ölkəmizi yeniyetmələrin olimpiya oyunlarında təmsil edəcək.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə