Ermənistandan növbəti təxribat (VİDEO)

Ermənistandan növbəti təxribat (VİDEO)
Azərbaycana müharibə elanı təlimdə məşq edilib

Ermənistanda keçirilən “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana müharibə elan edilib.

Erməni KİV-lərinin yaydığı xəbərə görə, bu elan Ermənistan Parlamentinin rəsmi saytında da yerləşdirilib. Qeyd olunub ki, bu ümumdövlət təlimləri “planlı xarakter daşıyır” və dövlətin müdafiəyə hazırlığını, səfərbərlik orqanlarının və hərbi idarəetmə strukturlarınn səfərbərlik hazırlığını eləcə də bütün dövlət strukturlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsi imkanlarını yoxlamaq üçündür.

Ermənistanın növbəti təxribatçı addımına Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı da özünü çox gözlətməyib və bu qərarın Ermənistan işğalçı siyasətinin növbəti təsdiqi adlandırılıb. Nazirliyin sözçüsü Hikmət Hacıyev bəyan edir ki, Ermənistan hakimiyyəti bu addımı ilə regionu növbəti təhlükə ilə üz-üzə qoyur.

Xarici İşlər Nazirliyi bir daha bəyan edib ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və müharibə oyunları kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə