Azərbaycan və Türkiyə ticarətdə milli valyutaya keçmək üçün danışıqlar aparır

Azərbaycan və Türkiyə ticarətdə milli valyutaya keçmək üçün danışıqlar aparır

Türkiyə və Azərbaycanın ticarətdə milli valyutaya keçməsi üçün danışıqlar aparılır.

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfirin sözlərinə görə, ticarətdə milli valyutaya keçid üçün bir müddət əvvəl başlanılan müzakirələr hazırda davam edir: “Hazırda müzakirələr aparılır. Qarşılıqlı ticarətdə milli valyutanın nə zamandan tətbiq ediləcəyi isə hələ konkret bəlli deyil”.

E.Özoral əlavə edib ki, bütün məsələlər razılaşdırıldıqdan sonra ticarətdə hesablaşmalar türk lirəsi və Azərbaycan manatı ilə aparılacaq.

Qeyd edək ki, Türkiyə Rusiya, Belarus və Çinlə də ticarətdə milli valyuta ilə hesablaşmalara keçmək niyyətindədir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə