Əməyə qiymət (VİDEO)

Əməyə qiymət (VİDEO)
Müqavilələr uzunmüddətli işçilərlə bağlanmalıdır

Bu gün ölkəmizdə əmək müqaviləsini mülki hüquqi xarakterli müqavilələrlə əvəz edərək daimi işçilərlə bağlayan işə götürənlər var. Bu isə həm qanunun, həm də işçinin hüquqlarının pozulması deməkdir. 

Bu barədə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov REAL TV-yə müsahibəsində bildirdi. Onun sözlərinə görə, mülki hüquqi xarakterli müqavilələrdə görüləcək iş üçün ödəniləcək haqq müəyyən edilir. Bu işlər qisa müddətli işlər olur.

Müsahibimin sözlərinə görə, əmək müqaviləsi işçilərin tək əməyini deyil, eyni zamanda işdə xəsarət, məzuniyyət və bülleten məslələrini də özündə əks etdirir. Mülki hüquqi xarakterli müqavilələrlə işçi bu kimi hüqularından məhrum olunur.

Əgər belə faktlar aşkarlanarsa, həmin işə götürənlər üçün cəza deyil təbliğat xarakterli işlərin görülməsi nəzərdə tutulub. Amma gələcəkdə inzibati xətalarda cəriməkər nəzərdə tutula bilər.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə