7 ölkənin döyüşçüləri Şağanda - VİDEO

7 ölkənin döyüşçüləri Şağanda - VİDEO
Bakıda ilk Beynəlxalq döyüş növləri festivalı keçirilib

Şağan Olimpiya İdman Kompleksində İlk Bbeynəlxalq döyüş növləri festivalı keçirilib. İştirakçılar Muay Tay, Tay boks, Uşu, fri faytinq, Karate Şotakan, Alpaqut, Kunq-fu və Taekvando İTF növlərində bacarıqlarını nümayiş etdiriblər. Yarışın rəsmi açılış mərasimndən sonra həlledici döyüşlərə start verilib. 

Muay Tay növündə Məhər Əsədzadə, Əli Əliyev, Qabil Əhmədli, Rəvan ağazadə, Murad Nuruzadə və Kənan Haşımov mükafatçılar siyahısına düşüblər. Uşu sanda növündə Arif Sultanov, Fətəli İsmayılov,
Seymur Həmidov, Hüseyn dadaşov Pərviz Abıyev və Nicat Muradov rəqiblərindən güclü olublar. Vaqif Hacıyev, Vüsal dadaşov və Samir Hüseynov Fri faytinq döyüş növündə fəxri kürsüyə qalxıblar. Səxavət Həsənovla Murad Qasımov kunq-fu növündə mükafatlara yiyələniblər. 

Yarışda Azərbaycan idmançıları ilə yanaşı Əfqanıstan, Pakistan, İran Rusiya, Gürcüstan və Türkiyədən ümumilikdə 300-də çox idmançı mübarizə aparıb.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə