Mir Şahinin vaxtı (VİDEO, 09.09.2018)

Mir Şahinin vaxtı (VİDEO, 09.09.2018)

Prezidentin Rusiya səfəri informasiya və sputnik hadisələrlə o qədər zəngin oldu ki, ötən həftənin bazar gününü əsasən təhlil rejimində işlədik. İmzalanmış sənədlərin əhatə etdiyi sahələrlə bağlı şəxslərlə söhbətlər apardıq. Əldə edilmiş nəticələrə yeni Beynəlxalq Qaydalar sistemi və təzədən tərtib olunmaqda olan dünya xəritəsinin şərtlərinə uyğun olaraq baxdıq. Yəni izah etməyə çalışdıq ki, gücün bir faktor olaraq ön plana keçdiyi müasir beynəlxalq çarpışmada Azərbaycan özünə etibarlı dayağı, divarı və sipəri necə qurur. Bir kərə qalxan bayraq güclü müttəfiqlərsiz, müdafiəsiz bir daha yox e, hər dəfə enə bilər.

Yeni dünyada hətta BMT-nin pulunu kəsirlər. Səsini çıxarmağa büdcəsi çatmır, bizsə ondan hələ bir donuzu darıdan çıxaracaq qətnamənin icrasını tələb edirik. Yalnız Nizamilər övladı və Nəsimilər nəsli olmaq kifayət etmir. Azərbaycan Birləşmiş Ştatların yeni Prezidenti ilə başlayan dünyanın yeni bölücülük siyasətindən minimum sıxıntıyla çıxmaq üçün daha etibarlı dislokasiya zonası axtarır. Əlbəttə, ölkəni apara bilməzsən. Amma özünü aparmağı bacarmalısan. İllah da bu proqnozlaşdırılmaz yeni şəraitdə. Ona görə də biz Bakı-Moskva əlaqələrinin yeni formatının doğru anlaşılması üçün Xəzərin statusunun müəyyənləşməsindən sonrakı vəziyyətə ayıq və soyuq başla baxırıq. İlham Əliyevin Azərbaycan iqtisadiyyatını tükənən sərvətdən, tükənməz sərvətə keçirməyə başlamasını başa düşmək lazımdır.

Azərbaycan qaz, neft ölkəsindən, yol ölkəsinə keçir. Xab deyirik adətən, amma əslində ad qovşaqdır. Bütün bunları nəzərə alaraq, biz liderimizin Moskva səfərini məhz qovşaq horizontunda, tranzit-keçid prosesinə cavabdeh olan qurumlarla təhlil etdik, Rusiya ilə həm gömrük, həm nəqliyyat, həm dəmir yolu, həm də ümumiyyətlə siyasi-strateji yolumuz boyunca gəzişdik. Putin-Əliyev görüşü regionda bir sıra ciddi proseslərin baş verdiyi bir vaxta təsadüf edirdi. Rusiyanın xroniki müttəfiqi sayılan Ermənistanın sözün bütün mənalarında yan çıxması fonunda Moskva Azərbaycanı sanki yenidən kəşf edir. Rəsmi Bakının Rusiya üçün bütün prinsipial məqamlarda öz simasını və müstəqilliyini qorumaqla strateji müttəfiqimizin mənafelərini də ayağa verməməsi göz qabağındadır. Bu siyasi kişiliyi, siyasi mərdliyi Putun kimi ağıllı dövlət başçısı görməyə, duymaya, hiss etməyə bilməzdi.

Yadımıza salaq Prezident Əliyev Moskvaya hansı fonda yola düşürdü. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsinin Baş katibini cinayətdə ittiham etmişdi. Həbs hədəsiylə onu və dolayısı ilə Kollektiv Təhlükəsizlik müqaviləsini təhdid etmişdi. Rusiya ilə şərtlərlə danışmağa başlamışdı. Bakıda isə praqmatik qüvvələr əksinə, Azərbaycanın təhlükəsizlik müqaviləsinə üzv qəbul edilməsinin mümkünlüyü mövzusunda müzakirələrə start vermişdilər. Rusiya-Azərbaycan əlaqələrinin daha dinamik, daha etibarlı fazaya keçidi ictimai müzakirə qovluğunda idi.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə