Vaqif Mustafayev - 65 (VİDEO)

Vaqif Mustafayev - 65 (VİDEO)
Kinorejissor Şərəf ordeni ilə təltif olundu

Bütün dövrlərin ən fərqli rejissoru, Vaqif Mustafayev 65 yaşını qeyd edir. 

Nizami kino mərkəzində təşkil olunan tədbirə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiyanın və Türkiyənin Azərbaycandakı səfirləri, tanınmış dövlət və hökumət nümayəndələri, incsənət adamları, o cümlədən Vaqif Mustafayevlə birlikdə çalışan aktyor və rejissorlar qatılıb. 

Vaqif Mustafayevin filmlərində rol alan gürcüstanlı aktyor və rejissorlar da tədbirdə iştirak edib sənətkarla bağlı ürək sözlərini dilə gətirdilər. 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral rejissora Türkiyə mədəniyyət və turizm nazirinin təbriklərini çatdırıb və Türk dünyasının kino sənətinə qatqılarına görə ona təşəkkür edib. 

Sonda prezidentin sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Vaqif Mustafayevin təltif olunduğu şərəf ordeni ona təqdim olundu. Ordeni Vaqif Mustafayevə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təqdim etdi. 

Vaqif Mustafayev Azərbaycan rejissor sənətinə yeni və fərqli bir üslub gətirən, kinematoqrafiyamızda orijinal filmləri ilə fərqlənən sənətkardır. Onun filmə verdiyi quruluşdan tutmuş, ssenarisində, ekran həllində və ən əsası isə kino dilində bu fərqlilik dərhal nəzərə çarpır.

Biz onu ilk dəfə mərhum rejissor Ceyhun Mirzəyev ilə birgə ekranlaşdırdıqları "Bəyin oğurlanması" filmi ilə tanıdıq. Rejissor Daha sonra "Milli bomba", "Nakəs", "Hər şey yaxşılığa doğru", "Yerlə göy arasında" və sair. filmləri ilə kino fondumuzu zənginləşdirib. zənginləşdirib.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə