25 yaşlı xüsusi mühafizə (VİDEO)

25 yaşlı xüsusi mühafizə (VİDEO)
XDMX peşə bayramı ərəfəsində

Keçmişdə mühafizə işini xüsusi keşikçi dəstələri, yaxud da seçmə qoşun hissəsi olan qvardiyalar həyata keçirib. Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə ilk dəfə Xalq Cümhuriyyəti dövründə başlanıb. SSRİ dağıldıqdan sonra öz müstəqilliyini əldə etmiş Azərbaycanda siyasi, iqtisadi, qanunvericilik sistemlərində olduğu kimi, inzibati orqanlarda da yenidənqurma işləri aparılaraq yeni şəraitə uyğun idarəçilik formaları axtarılmağa başladı. Mühafizə sisteminin əhəmiyyəti getdikcə daha da artdı, onun strukturu təkmillləşdi, tərkibi genişləndi. 1991-ci ildə Milli Qvardiya yaradıldı. İlk vaxtlar Milli Qvardiyada hərbi xidmət könüllülük qaydasında iki illik müqavilə əsasında idi. Şəxsi heyətin seçimi MTN, DİN və MN-in kadr orqanlarının köməkliyi ilə həyata keçirilirdi. 2 il sonra 1993-cü il tarixində Milli Qvardiyanın bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması və Azərbaycan Respublikasının Prezidentinə tabe edilməsi haqqında Fərman imzalanır. 2002-ci ildən isə prezidentin sərəncamı ilə Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanır. Xüsusi dövlət mühafizə xidmətinin yaranmasının 25 illiyidir. Yarandığı ilk gündən dövlətçiliyin keşiyində dayanmış, yüksək peşəkarlığın, düzgünlüyün və Vətənə sədaqətin rəmzlərindən birinə çevrilmiş, ölkəmizdə digər güc strukturları ilə birgə bu gün də təhlükəsizliyə və sabitliyə böyük töfhələr verməkdədir. Xüsusi dövlət mühafizə xidməti birbaşa Azərbaycan Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Əsas vəzifələri ölkə başçısının, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin ölkəmizdə səfərdə olan xarici ölkələrin dövlət və hökümət başçılarının təhlükəsizliyini təmin etməkdir. Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyinin keşiyində dayanır. Yüksək statusa, peşəkar kadr heyətinə, zəruri maddi-texniki bazaya malik olan xüsusi dövlət mühafizə xidməti dövlət və milli maraqların qorunmasında baş verə biləcək təxribatın qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir. Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu da keçib. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xüsusi dövlət mühafizə xidmətinin hərbi qulluqçularından 13 nəfəri şəhid olub, 21-i itgin düşüb, 55-i isə yaralanıb. Yaralanan hərbi qulluqçulardan 15-i əlil olub. Yarandığı vaxtdan bu zamanadək xüsusi dövlət mühafizə xidməti daim diqqət mərkəzində olub. Xidmətin hərbi qulluqçularının əməyi ölkə başçısı tərəfindən qiymələndirilib. Prezident İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25 illiyi münasibətilə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Vaqif Axundov başda olmaqla 47 hərbi qulluqçu orden medallarla təltif edilb.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə