Koçaryanın mal-mülkü (VİDEO)

Koçaryanın mal-mülkü (VİDEO)
Ermənistanın keçmiş prezidentinin biznes imperiyası

Koçaryan milyonlarını itirə bilər. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsdə olması onun üçün xoşagəlməz hallarla yadda qalıb. 

Ermənistan mətbuatında Koçaryanın bütün əmlakının siyahısı məlum olub. Göründüyü kimi, Ermənistanın keçmiş başçısının işi üzrə müstəntiqlər onu öz ölkəsində dostu Serj Sarkisyanın da köməkliyi ilə əlinə keçirdiyi biznesi barədə məlumat verməyə məcbur ediblər. 

Hetq.am erməni nəşrində Koçaryanın molibden zavodundan tutmuş Moskvada yerləşən alışveriş mərkəzinə, Nigeriyadakı qadın paltarları və qızıl əşyaları satılan Fransız butiklərinə kimi müxtəlif sayda əmlakının siyahısı dərc olunub.

O, bütün bunları cinayətkar aləmin köməkliyi olmadan ələ keçirməyib. Əgər əvvəllər Koçaryanın beynəlxalq cinayətkar qruplarla əlaqələri barədə deyilənlər şaiyə idisə, indi artıq onlar reallığa çevrilir. Xüsusilə onun ABŞ-da kriminal avtoritet Armen Kazaryanın rəhbərliyi altında cinayətkar erməni sendikası ilə əməkdaşlığı artıq məlumdur.

2010-cu ildə Nyu-York və Los-Anceles polisi tərəfindən rəhbərləri Erməni miqrant və vətəndaşlarından ibarəT tqruplaşmanın 70 uzvunu həbs edib.

Şəxsi və saxtakarlıqlarla əldə edilən minlərlə həkim və xəstənin fərdi məlumatlarını əldə etdikdən sonra onlar sonradan bunu yaşlı insanlar vasitəsi ilə Amerika tibbi sistemindən yüz milyonlarla dollar oğurlamaq üçün istifadə etdilər.

Koçaryanın tərəfdaşları o cümlədən qeyri-qanuni silah satışı, qiymətli daş və metalların qaçaqmalçılığı, insanların qaçırılmasına, qəsb edilməsinə səbəb olan hərəkətlərdən də yan keçməyiblər.

İstintaq zamanı mütəşəkkil cinayətkar qrupun rəhbəri Kazaryanın Robert Koçaryanın oğlunun - Sedrakın nikahında mötəbər qonaq olduğu və ona yüz minlərlə dollar hədiyyə etdiyi məlum olub.

Erməni nəşrinin məlumatına görə, Koçaryanın əmlakları siyahısına 8 bankı, "Zəngəzur mis-molibden kombinatı", "Göy Sevan" otel kompleksi, "Emporio Armani" "Stefano Ricci"və başqa butiklər şəbəkəsi, "Nairi" tibb mərkəzi, H2TV telekompaniyası, SAS mağazalar şəbəkəsi, Noachian şərab zavodu, Moskvada ticarət mərkəzi və kazino, Ermənistana telefon idxalının monopoliyası, erməni mobil şəbəkələr K-Telecom, MTS-Ermənistan , "Araratsement"zavodu, TOYOTA-nın yerli nümayəndəsi, "Zvartnots " hava limanı, "Yaşıl İmarət", "Erebuni" ooteli,Nigeriyada almaz mədənləri, Aqarak Mis-molibden zavodu və.s daxildir.

İndi Robert Koçaryanı milyonlarından bir neçə gecə ayırır və o əvvəlki kimi ermənistanın sıravi vətəndaşına çevriləcəkdir. Belə ki, sabiqlər mübarizəsiz təslim olmaq istəmirlər. Artıq bir neçə gündür Koçaryan-Sarkisyan hakimiyyəti altında olan təhlükəsizlik orqanlarının keçmiş başçıları qəribə gizli görüşlər keçirirlər.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə