Tikdiyi evlə özünə qəbir qazanlar (VİDEO)

Tikdiyi evlə özünə qəbir qazanlar (VİDEO)
Dövlət komitəsi monitorinq keçirir

Artıq 25 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub. Ümumilikdə respublika üzrə aparılan monitorinqlər nəticəsində 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı sənədlər hüquq mühafizə orqanlarına təhvil verilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin müfəttişlərinin, Abşeron rayon İcra Hakimiyyətinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin Hökməli kəndində birgə apardığı monitorinq nəticəsində həmin tikililərin inşası dayandırıldı.

Monitorinqlər zamanı aşkar edilən hallar vətəndaşların həyatı üçün təhlükə mənbəyi olmaqla yanaşı mülkiyyət hüquqlarının həyata keçirilməsində də çətinliklər yaradır.

Eləcə də qanunsuz tikintilərin mühafizə zolaqlarında aparılması həmin kommunikasiya xətlərinə cavabdeh olan təşkilatların fəaliyyətində də problemlər yaradır. Bununla əlaqədar olaraq həmin təşkilatlara komitə tərəfindən rəsmi müraciətlər olunub, Nazirlər Kabinetinə məktub ünvanlanıb.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə