Qərbin aşıladığı mədəniyyət (VİDEO)

Qərbin aşıladığı mədəniyyət (VİDEO)
Milli dəyərlər deformasiyaya uğraya bilər

“Qərb ölkələri öz mədəniyyətlərini süni şəkildə digər dövlətlərə aşılamaq istəyir. Azərbaycan da Qərb mədəniyyətinin təsiri və təzyiqi altındadır. Bütün bunlar da milli dəyərlərin deformasiyaya uğramasına gətirib çıxara bilər”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Mənəvi dəyərlərin təbliği və dini icmalar" mövzusunda keçirilən konfransda dedi.

Komitə sədrinin sözlərinə görə, xalqımız öz dəyərlərinə hər zaman böyük diqqət yetirib: “Bunu qorumaq üçün vacib addımlar da atılıb. Azərbaycanda mövcud olan ailə dəyərləri dünyada gedən proseslər fonunda öz gücünü qoruyub saxlaya bilir. Azərbaycanda mənəvi dəyərlərin aşınması təhlükəsi yoxdur, amma biz zamanın tələblərinə uyğun tədbirlər görməliyik ki, aşınmaya məruz qalmayaq. Bunun üçün isə biz çox güclü olmalıyıq”.

Qurban bayramı ərəfəsində keçirilən konfransda qurban bayramının da milli mənəvi dəyərimiz olduğu xüsusi vurğulandı.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə