Qanunsuz kömür quyuları aşkarlandı - 300 manat cərimə

Qanunsuz kömür quyuları aşkarlandı - 300 manat cərimə
Göygöl rayonu Toğana kəndi ərazisində kömür hazırlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə daxil olan şikayəti Nazirliyin əməkdaşları araşdırıb.

ETSN-in Mətbuat xidmətindən REAL-a verilən məlumata görə, araşdırma zamanı Göygöl rayon Toğana kənd sakinləri Məzahir Qurbanov və Mamed Süleymanov tərəfindən həyətyanı torpaq sahələrində qanunsuz yolla əldə edilən meşə materialından kömür hazırlandığı faktı təsdiqini tapıb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən, 300 manat məbləğində cərimə edilib. Kömür quyularının ləğv olunması məqsədilə onlara icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə