50 yaşlı kişi özünü qatarın altına atdı

50 yaşlı kişi özünü qatarın altına atdı
Bu gün Bakı Metropoliteninin “Dərnəgül - Həzi Aslanov” xətti üzrə qatarların hərəkətində ləngimə olub.

REAL-ın məlumatına görə, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, bu gün saat 11:40-da metronun “Nizami” stansiyasında Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Yusifov Tərlan özünü platfiormaya daxil olan qatarın altına atıb: “Bu səbəbdən təlimata uyğun olaraq qatarın hərəkətinə icazə verilməyib. Təmas relslərindən yüksək gərginlik ayırılıb. Sərnişin oradan çıxarılandan sonra qatarın hərəkətinə icazə verilib”.

Metropolten rəsmisi qeyd edib ki, T.Yusifov xəsarət almasa da, təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib: “O, özünü atdıqdan sonra iki reys arasında uzandığı üçün xəsarət almayıb. Onun bir qədər spirtli işki qəbul etdiyi də aşkarlanıb”.

B.Məmmədov bildirib ki, bu hadisə ilə əlaqədar “Elmlər Akademiyası” stansiyasında qatarın hərəkətinə mövcud intervaldan 4 dəqiqəyə qədər çox fasilə verilib:

“Bu ləngimə yalnız “Yaşıl xətt” üzrə qeydə alınıb. Hazırda qatarların hərəkətində problem yoxdur”.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə