“Mançester Siti”dən 6 qolluq qələbə

“Mançester Siti”dən 6 qolluq qələbə

İngiltərə Premyer Liqasının ikinci turunun növbəti oyununda “Mançester Siti” qonaq etdiyi “Haddersfild Taun”u 6:1 hesabla darmadağın edib.

“Etihad” stadionunda baş tutan matçda “Mançester”in qollarını 25, 35 və 75-ci dəqiqələrdə Serxio Aquero, 31-ci dəqiqədə Qabriel Jesus, 48-ci dəqiqədə David Silva və 84-cü dəqiqədə Terens Konqolo (öz qapısına) vurub. Oyunun 43-cü dəqiqəsində qonaqların oyunçusu Con Qorents Stankoviç “Mançester siti”nin qapısından top keçirib. 

İngiltərə Premyer Liqasının üçüncü turunda "Mançester Siti" səfərdə "Vulverhempton", "Haddersfild" isə "Kardiff Siti" ilə qarşılaşacaq.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə