Vətəndaşa sadiq manat - VİDEO

Vətəndaşa sadiq manat - VİDEO
Qonşu ölkələrin milli valyutalarının ucuzlaşması fonunda manat sabitliyini qoruyur

Türkiyənin milli valyutası lirənin dollar qarşısında məzənnəsi rekord həddə ucuzlaşıb. Hazırda 1 dollar 6,1 lirəyə bərabərdir. Gürcüstanın milli valyutası lari də dollar qarşısında dəyər itirib. Hazırda 1 dollar 2,57 lariyə satılır. 

ABŞ dollarına nisbətdə Rusiya rublu da kəskin ucuzlaşıb. İranda da milli valyuta ilə bağlı vəziyyət oxşardır. Azərbaycana qonşu olan ölkələrdə milli valyutaların dollar qarşısında dəyərdən düşməsi Azərbaycan manatının vəziyyəti haqqında düşübnəyə vadar edir. Amma ekspertlərin gözləntiləri qənaətbəxşdir. Yəni, regionda baş verən iqtisadi proseslər, Azərbaycanın yaxın qonşuları və əsas ticarət tərəfdaşları olan ölkələrdə yerli valyutaların ucuzlaşması manatın məzənnəsinə ciddi təsir etməyəcək. 

İqtisadçı-ekspert Elşad Məmmədovun valyuta bazarındakı vəziyyət və manatın məzənnəsinə təsir göstərən başlıca fundamental amil tədiyyə balansının durumudur. Azərbaycanda isə tədiyyə balansı göstəricilərinin yaxşılaşması davam etməkdədir. Ölkənin qeyri-neft sektoru üzrə ixrac potensialının artması və dünya bazarında neftin qiymətinin yüksəlməsi onu deməyə əsas verir ki, 2017 və 2018-ci ilin ilk rübündə Azərbaycanın maliyyə hesabatında müsbət saldo yaranıb. Yəni, manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi əlverişli makroiqtisadi mühitdə sabit vəziyyətdədir.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə