Bətn müharibəsi (VİDEO)

Bətn müharibəsi (VİDEO)
Argentina senatındaki “abort” səsverməsi dünyanın gündəmindədir

Argentinada aborta icazə verilən qanun layihəsi Senatda rədd edilib. 15 saat davam edən müzakirələrdən sonra qanun 31 "Hə", 38 "Yox" səsi ilə qəbul edilməyib. 

Ölkədə böyük müzakirəyə səbəb olan məsələ Katolik Kilsəsi, mühafizəkar həkimlərlə feminist qrupları qarşı-qarşıya qoymuşdu. Qanuna əsasən bundan sonra ölkədə aborta yalnız təcavüz və ya qadının sağlamlığına təhlükə olan hallarda icazə verilir.

Qanun layihəsini dəstəkləyənlərin fikrincə abortun leqallaşdırılması təhlükəli və qanunsuz abort etmək istəyən xeyli sayda qadının həyatını xilas edə bilər. Çünki Argentinada hər il 500 min qeyri-qanuni abort həyata keçirilir. Argentina senatındaki səsvermə dünya mediasinin manşetinə çevrildi. Bir sözlə abort məsələsi dünyanın gündəmindədir.

Maraqlıdır, bəs Azərbaycanda abortlarla bağlı vəziyyət hansı yerdədir. Bu haqda az sonra məlumat verəcəm. Ancaq indi cəmiyyətin abortlarla bağlı fikrini təqdim edirəm.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə