Sərnişin terminalının tikintisinə başlanacaq (VİDEO)

Sərnişin terminalının tikintisinə başlanacaq (VİDEO)
Terminalın 18 ay ərzində təhvil verilməsi nəzərdə tutulub

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində sərnişin terminalı tikiləcək. Tikintisinə sentyabr-oktyabr aylarında başalanacaq liman üçün layihələndirmə işləri həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə tikintisinə başlanan terminalın 18 ay ərzində təhvil verilməsi nəzərdə tutulur. Ayrılan 10.2 milyon manat vəsaitin böyük hissəsi liman ərazisində tikinti işlərinin həyata keçirilməsi üçün istifadə olunacaq.

Regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevriləcək Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin ərazisində inşa ediləcək sərnişin terminalı böyük əraziyə malik olcaq.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm yer tutmaqla, idxal, ixrac və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyasını yerinə yetirərək, Xəzər dənizi üzərindən effektiv, sürətli və təhlükəsiz keçidi təmin edir.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə