Trampdan Türkiyəyə qarşı yeni qərar

Trampdan Türkiyəyə qarşı yeni qərar
ABŞ Prezidenti bu dəfə gömrük vergisini qaldırdı

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı növbəti dəfə qərar qəbul edib. Prezident Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərarı təsdiqləyib.

Tramp bu barədə şəxsi Tvitter hesabında yazıb: “Türk lirəsinin çox güclü dollarımız qarşısında sürətlə dəyər itirdiyi bir vaxtda Türkiyədən gələn alüminium və poladın gömrük vergisinin 2 dəfə bahalaşmasını təsdiqlədim. Alüminiumda bu göstərici 20, poladda 50 fazidir. Türkiyə ilə münasibətlərimiz hazırkı dövrdə yaxşı deyil”.

Trampın sözügedən tvitindən sonra dollar 6.38 lirəyə çatıb.

Daha əvvəl ABŞ amerikalı pastor Endryu Bransonun işi ilə bağlı Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyalar tətbiq edib. Onlara ABŞ-a daxil olmaq qadağan edilib, ABŞ-dakı aktivləri isə dondurulub.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə