İrana qarşı sanksiyaların fəsadları (VİDEO)

İrana qarşı sanksiyaların fəsadları (VİDEO)
Noyabr ayında sanksiyaların II paketi tətbiq olunacaq

ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi bu ölkədə vəziyyəti gərginləşdirməkdədir. Sanksiyalar İran hökumətinin dollar almasından tutmuş mədən sənayesinə, xalça satışına qədər sahələri əhatə edir. Ötən gün isə ABŞ prezidenti Donald Tramp noyabr ayında sanksiyaların 2-ci və daha sərt paketinin tətbiq olunacağını açıqlayıb. Bu sanksiyaların əsas mahiyyəti “İranla iqtisadi əməkdaşlıq edən heç bir dövlət ABŞ-la iqtisadi əməkdaşlıq edə bilməz”dir. Sanksiyaların İran iqtisadiyyatına təsiri artıq hiss olunur. İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır.

Ekspertlər sanksiyalarla bağlı yaranan problemlərin aradan qaldırması üçün İran hökümətinin mütləq müəyyən addımlar atmalı olduğunu bildiriblər. İran xalqının vəziyyətdən çıxış yolunu tələb etdiyini deyən ekspert Eyyub Danişvər rəhbərliyin artıq bu yöndə işlərə başladığını bildirdi. Birləşmiş Ştatların İrana qarşı sanksiyalarını Avropa İttifaqının əsas ölkələri də dəstəkləmir. Bu səbəbdən də ekspertlər hesab edir ki, Amerika Avropa İttifaqı ölkələri ilə iqtisadi müharibə aparmalı olacaq.

Xatırladaq ki, bu ilin mayında Donald Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini açıqlayıb. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bir neçə gün əvvəl isə Birləşmiş Ştatlar genişmiqyaslı sanksiyaları bərpa edib. Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan edilib, neft ticarəti, həmçinin avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılıb.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə