Asta qaçan namərddir - VİDEO

Asta qaçan namərddir - VİDEO
Fərqində olmadığımız fərq

Ötən gecə Ramil Quliyev Avropa çempionu olanda çoxumuz yatmışdıq. Gecə yuxumuza girən Desta Haqos and aman edirdi ki, mənim adım Hayle İbrahimovdu və mən azərbaycan yığmasında çıxış edirəm. 

Digər efiopiyalı Abelay Layeş də iki ayağını bir başmağa dirəmişdi ki, mənim də adım Layeş Abdullayevadır və mən də azərbaycanlı atletəm. Həm Hayle, həm də Layeş milliləşdirilmiş atletlərimizdir. Amma mənə elə gəlir ki, Ramil Hayle və Layeşdən daha çox azərbaycanlıdı. Sadəcə məntiqi tutmaq olmur. Hayle və Layeşi efiopiyadan tapıb gətirən əsrarəngiz seleksiyaçılar burnumuzun ucundakı Ramili necə görə bilməmişdi. Bir Hayle cəhd elədim ki Layeş vəziyyətində olan yüngül atletikamızı anlayım, anlaya bilmədim. Ramildən Ramilə də fərq var. Quliyevin çempionluq xəbərindən əvvəl milli komandamızın futbolçusu Ramil Şeydayevin Trabzonspora lazım olmadığını öyrəndik. Quliyev 200 metr məsafəyə qaçıb Türkiyəyə qitə birinciliyini qazandırdı. Şeydayev isə hər oyunda bir neçə kilometr qaçsa da yerini möhkəmlədə bilmədi. Bu da qaçmaqla qaçmağın fərqi. Ramil qaçdığı və açdığı çığırla həm də tarix yazdı. 

Dünyanın və Avropanın ən sürətli adamı azərbaycanlıdır. Bu fəxarətin içində 200 metrlik, bəlkə də 200 illik təəssüf var. Bu qürurun mayasında 19,76 saniyəlik peşmanlıq var. Ötən gecə Ramil Quliyev Avropa çempionu olanda çoxumuz yatmışdıq.
 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə