Ey, kimsən orada, aç qapını?!

Ey, kimsən orada, aç qapını?!
Şengen ölkələrinə viza problemi

Azərbaycan son illlər əsl turizm ölkəsinə çevrilib. İstirahət üçün ölkəmizi seçən turistlərin sayında ilbəil artım müşahidə olunur. 

Amma ölkəyə gələn kimi Azərbaycandan xarici ölkələrə istirahətə gedənlər də az deyil.

Məsələn, “Şengen” ölkələri hər bir azərbaycanlının gedib görmək istədiyi ölkələr siyahısına daxildir. Elə bu ölkələrə getmək üçün səfirliklərə hər il kifayət qədər müraciət daxil olur. 

Qeyd edim ki, “Şengen” sözü Lüksemburqun kiçik bir şəhərinin adından götürülüb. 1985-ci il iyunun 5-də bu şəhərdə Avropa ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan saziş imzalanıb.

Sonrakı illər bir çox ölkələr də bu sazişə qoşulub. Saziş 1995-ci il 26 mart tarixində qüvvəyə minib. İlk olaraq 5 ölkə qatılıb: Lüksemburq, Fransa, Niderland, Belçika, Almaniya (AFR).

Beləliklə, siyahı uzanıb. Şengen vizası ilə sən bir ölkəyə daxil olaraq bütün Şengen zonasını rahatca gəzə bilərsən. Bu ölkələrin sayı 30-dur. Apardığım kiçik araşdırmadan belə bəlli olur ki, bu vizanı almaq da hər kəsə nəsib olmur.

Məsələn, Fransa səfirliyi hər kəsə viza vermir. Burada sənədləri çox çəl-çevir edir, adamları çox sorğu suala tuturlar. Bunu başıma gələn biri kimi nəql edirəm. Özü də bəzi səfirlikdə heç bir səbəb göstərmədən imtina verilir. Baxmayaraq ki, müraciət etmək də elə də asan başa gəlmir. Yəni bunun üçün ilk növbədə getmək istədiyiniz ölkənin səfirliyində online növbə tutmaq lazımdır.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə