Azərbaycanda illik inflyasiya 2,8%-ə düşüb

Azərbaycanda illik inflyasiya 2,8%-ə düşüb

Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8% artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, o cümlədən ərzaq məhsulları 2,8%, qeyri-ərzaq malları 3,4%, əhaliyə göstərilən ödənişli xidmətlər 2,3% bahalaşıb.

Cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 % azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% artıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsulları və xidmətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3% bahalaşıb. Bu müddətdə ərzaq məhsullarının qiymətləri 3%, qeyri-ərzaq mallarının qiymətləri 3,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4% artıb. Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6% azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb. 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə