“Qarabağ”ın “Zirə” ilə oyunu təxirə salınıb

“Qarabağ”ın “Zirə” ilə oyunu təxirə salınıb

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən Ağdamın “Qarabağ” futbol klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Peşəkar Futbol Liqasından REAL-a bildiriblər ki, “Qarabağ” komandası Belarusun BATE (Borisov) klubu ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün futbol üzrə Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümünün birinci turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.

“Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası birinci turun təqvimində dəyişiklik edib və Topaz Premyer Liqasının ilk turunun “Qarabağ” – “Zirə” matçı avqustun 10-dan sentyabrın 26-na keçirilib.

Qeyd edək ki, “Qarabağ” – “Zirə” qarşılaşması təxirə salındığı üçün turun açılış oyunu avqustun 11-də “Dalğa Arena”da “Sumqayıt” və “Neftçi” komandaları arasında olacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə