Uşaqbazlığın yüngül cəzası... - VİDEO

Uşaqbazlığın yüngül cəzası... - VİDEO
Dünyada hər il 70 minə yaxın uşaq cinsi zorakılığa məruz qalır

Hər gün dünyada cinsi zorakılıq səbəbindən 5 uşaq dünyasını dəyişir. Və hər il 70 minə yaxın yetkinlik yaşına çatmayan şəxs cinsi zorakılığa məruz qalır. Bir sözlə pedofiliya qurbanlarının sayı getdikcə artır. Azərbaycanda statistikanı öyrənmək üçün internetdə sadəcə açar sözlərdən istifadə etdik. Budur müxtəlif adlarda və vaxtlarda yayılan xəbərlər... 2018-ci ildə baş vermiş azı 5 belə fakt qarşımıza çıxdı. Maraqlısı budur ki, zorlanan uşaqların əkəriyyəti məhz tanıdıqları şəxslər tərəfindən bu iyrəncə əmələ məruz qalırlar. Dünya statistikası da bunu deyir. Cinsi zorakılığa məruz qalan uşaqların təxminən 78 faizi məhz ailə üzvləri və yaxınları tərəfindən bu zorakılığı yaşayır. 

Azərbaycanda pedofilləri Cinayət Məcəlləsinə görə ən çoxu 20 ilə qədər həbs cəzası gözləyir. Bu qanundur. Onun azadlığa çıxdıqdan sonra eyni əməli törətməyəcəyinə təminat vermir. Məhz bu səbəbdən Türkiyədə artıq pedofillərin cəzalandırılması ilə bağlı məsələ müzakirəyə çıxarıla bilər. 

Qeyd edək ki, ötən il Qazaxıstan prezidenti Nursultan Nazarbayev pedofillərin kimyəvi axtalanması ilə bağlı qanun imzalayıb. ABŞ-ın 7 ştatında cinsi zorakılıqda təqsirləndirilən şəxslər üçün kimyəvi axtalanma mövcuddur. Polşa 2010-cu ildə qəbul etdiyi qanunla, təcavüzçülərin bəziləri üçün axtalanma tətbiq edən ilk Avropa ölkəsi olub. 2012-ci ildən etibarən Rusiyada 14 yaşa qədər uşaqlara qarşı cinsi istismar həyata keçirən insanlara məcburi axtalanma tətbiq edilir. 2011-ci ildə 16 yaşına qədər uşaqları cinsi istismar edənlərin kimyəvi üsulla axtalanmasını nəzərdə tutan qanunla Cənubi Koreya bu yolu seçən ilk Asiya ölkəsi olub. 

Azərbaycanda uşaqların cinsi zorakılığına qarşı qeydə alınan faktları və görülməsi lazım olan işləri isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi avqustun 9-da REAL TV-də açıqlayacaq. Mövzunu davam etdirəcəyik.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə