“Trabzonspor”un baş məşqçisi Ramil Şeydayevin satılmasını istəyib

“Trabzonspor”un baş məşqçisi Ramil Şeydayevin satılmasını istəyib

Türkiyənin “Trabzonspor” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev ilə yollarını ayırır. 

“Report” “Haberts.com” saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun təlim-məşq toplanışındakı çıxışı komandanın baş məşqçisi Ünal Karamanı qane etməyib. 

Ünal Karaman gənc oyunçu haqqında rəhbərliyə onun "Trabzonspor"un ehtiyat oyunçular skamyasında belə əyləşmək şansının olmadığını deyib və futbolçunun satılmasını istəyib. Klub rəhbərliyi isə baş məşqçinin qərarına əsasən, Ramil Şeydayevə onunla yollarını ayıracağını bildirib. 

Qeyd edək ki, müqavilə ilə "Trabzonspor" klubuna məğsus olan Ramil Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə