Kinomuzun ən yaraşıqlısı - VİDEO

Kinomuzun ən yaraşıqlısı - VİDEO
Rasim Balayevin 70 yaşı tamam olur

Azərbaycan kinosunun ən yaraşıqlı aktyoru 70-i haqladı. Rasim Balayev. Bəlkə də balaca Azərbaycanda yox, uzaq Qərbdə, ya Avropada doğulsaydı, bu gün onu bütün dünya tanıyırdı. Yaraşıqlı, xarizmatik, dünya kinosunun ən parlaq ulduzu ola biləcək bütün xarici və daxili keyfiyyətləri, eyni zamanda yüksək sənətkarlığı özündə birləşdirən biridir Rasim Balayev. Zamanında ən yaxşı rejissorlarımız onun bütün keyfiyyətlərini ortaya çıxartdılar, Nəsimi kimi .... Babək kimi.... Beyrək kimi....

Biz də ən qədim tariximiz kimi sevdik Rasim Balayevi. Elə bildik həqiqətən də Babəkdir. 40 gün azad yaşamağı 40 il qul kimi yaşamaqdan üstün tutan Babək. Ən yaxşı klassik ədəbiyyatımız kimi yanaşdıq ona. Nəsimini kitablardan çox onun üzündən oxuduq. 

Zaman bizə göstərdi ki, bütün bunlar hamısı kinoymuş. Onlar tarixdə qalıb, Rasim Balayev bu günümüzdür. Amma sabah o da tarix olacaq. Azərbaycan kinosunun şərəfli tarixi... 70 yaşın mübarək, sənətkar.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə