Quru, amma “sürüşkən” hesab - VİDEO

Quru, amma “sürüşkən” hesab - VİDEO
Qarşıda azı 90 dəqiqə var

Avqustun 7-də futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Belarusun BATE (Borisov) komandası ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən matçda “Qarabağ” təşəbbüsə yiyələnsə də, bundan istifadə edə bilməyib. Əvəzində, matçın birinci hissəsində qonaqlar hesabı açıblar. Oyunun 36-cı dəqiqəsində BATE-nin heyətində Stanislav Draqun adını tabloya yazdırıb – 0:1. İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra “Qarabağ” hesabı dəyişmək üçün irəli atılsa da, ağdamlıların cəhdləri nəticəsiz qalıb. Oyunda başqa qol olmayıb və matç qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.

Beləliklə, “Qarabağ” komandası UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün üçüncü təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Belarusun BATE komandasına uduzaraq növbəti mərhələ şansını cavab görüşünə saxlayıb. Cavab qarşılaşması avqustun 14-də oynanılacaq.

REAL TV-nin “Top Qapı” proqramında aparıcı Mehman Rəsulov və idman jurnalisti Elçin Cəlilov “Qarabağ” – BATE qarşılaşmasını müsazirəyə çıxarıblar. 
 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə