Gələcəyə qoyulan maya (VİDEO)

Gələcəyə qoyulan maya (VİDEO)
Süni mayalanma ilə övlad sahibi olanların sayı artır

Azərbaycanda ay ərzində süni mayalanma üçün müraciət edənlərin sayı 30-a yaxındır. Əvvəlki illərlə müqayisə edən də 2017 və 2018-ci illərdə valideyn olmaq üçün bu yolu seçənlərin sayı az da olsa artıb.

Süni mayalanma üçün müraciət edənlərin əksəriyyəti 30-40 yaş arasında olan xanımlardir. Çünki məhz bu yaş qrupunda qadınların tibbi müdaxilə olmadan hamilə qalma prossesi 100-də 30 faiz mümkündür.

Ölkəmizdə bu cür yolla valideyn olmaq isə elə də ucuz deyil. Bir neçə tibbi müəssisədə apardığımız sorğu zamanı bu sahədə minimum ödənişin 3500 manat olduğunu müəyyən etdik.

Bu sadəcə süni mayalanmanın birdəfəlik qiymətidir. Müalicə ilə birlikdə bu rəqəm 5000 min manata qədər yüksəlir. Lakin bu minimal məbləğdir.

Bəzən süni mayalanma üçün cütlüklər müalicə xərci daxil 10 min manatından keçməli olur. Lakin ödənilən məbləğ müsbət nəticəyə sığorta deyil. Bəzən ailələr bir neçə dəfə süni mayalandırmaya müraciət edir. Lakin nəticə olaraq övlad sahibi ola bilmirlər.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə