İranı viran qoymaq niyyəti... (VİDEO)

İranı viran qoymaq niyyəti... (VİDEO)
Ruhani vəziyyətdən çıxa biləcəkmi?

ABŞ Tehrana qarşı 2015-ci ildə nüvə müqaviləsi imzalanana qədər olan sanksiyalardan daha dəhşətlisini tətbiq etməyə hazırlaşır. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, sanksiyalar İran rəhbərliyinin fəaliyyətlərinə cavabdır. O, bu sanksiyaların mənfi nəticələrinə görə, bütün məsuliyyətin İran hökumətinin üzərinə düşdüyünü bildirib. Pompeo İran xalqının ABŞ-dan yox, öz rəhbərlərindən narazı olduğunu deyib.

Bəzi ekspertlər hesab edir ki, Dövlət katibinin bu açıqlaması İran daxilində yaranan etiraz dalğasını konkret hakimiyyətə qarşı yönəltmək məqsədi daşıyır. Görünür bu yanaşmanın müəyyən mənada təsiri var. Çünki son günlər təşkil olunan aksiyalarda səslənən şüarların demək olar ki, hamısı hökumət əleyhinədir. Eyni zamanda, hələ ki, Tehran küçələrində hakimiyyətə ənənəvi dəstək nümayişi baş verməyib. Parlament üzvlərinin də bəzi məmurların istefasını tələb etməsi göstərir ki, daxili narazılıq Birləşmiş Ştatlara nifrətin üstündədir... Xüsusi ilə “molla rejimi” ifadəsi aksiyalarda daha çox populyardır. Məsələn, etirazların növbəti günündə İranın əsas iki din mərkəzindən biri sayılan Qumda insanların küçələrə axışaraq, ruhanilərin hakimiyyətinə qarşı şüarlar səsləndirməsi daha çox diqqət çəkir.

Görünən budur ki, Birləşmiş Ştatlar güc tətbiqindən imtina edərək, sanksiyalar yolu ilə İranı çökdürmək siyasətini kompleks şəkildə həyata keçirməyə çalışır. İlkin mərhələ sanksiyalardır ki, təbii ki, ölkənin iqtisadiyyatının çökdürülməsinə hesablanıb. Və bu sanksiyaların məntiqi nəticəsi olaraq ikinci mərhələ ortaya çıxır - xalq çökmüş iqtisadiyyatın konkret fəsadlarını evində, güzaranında hiss edir və ya yaşayır. Belə olan təqdirdə, sosial narazılıq qaçılmaz olur və bu narazılıq istiqamətləndirilmiş və ya kortəbii şəkildə insanları küçələrə həvəsləndirir. Və nəhayət 3-cü maşın işə düşür. Hansı ki, bu maşın lazım olanda “insan haqları” daşıyır. Artıq bu maşın okeanın o tayından yola düşüb. Dövlət katibi Mayk Pompeo bəyanat verdi ki, ölkəsi İranın dinc sakinlərinə qarşı güc tətbiqindən narahatdır. O, Twitter səhifəsində yazdı ki, “ABŞ İran xalqının korrupsiya və rejimə qarşı etirazlarını dəstəkləyir. Biz, İran rejimini xalqın hüquqlarına hörmət etməyə çağırırıq”.

Birləşmiş Ştatların işinə sadə və narazı elektoratdan daha çox, hakimiyyət daxilindəki müxaliflər yarayır. Belə ki, iqtidarın mühafizəkar qanadı, islahatçı komandanın lideri olan Həsən Ruhanini gözdən salmaqla, gələcək seçkilərə hazırlaşır. Ruhaninin ikinci müddət prezidentlik dövrü bitəndən sonra, ona yaxın ətrafın gələcək şansına indidən zərbə vurulur. Hətta bu prosesdə İran İnqilab keşikçiləri ordusunun - SEPAH-ın da xüsusi rol oynadığı bildirilir. 

Hadisələrin gedişi belə deməyə əsas verir ki, bu işin xeyir-duası ali yerdən verilib. Ali dini lider Əli Xameneinin bu yaxınlarda Ruhaninin prezidentliyə keçmiş namizəd Musəvinin ev dustaqlığından azad edilməsi ilə bağlı təklifini rədd etməsi məhz soyuq münasibətlər kontekstindən izah olunur. İslahatçı Ruhaninin isə həqiqətən islahatdan başqa çıxış yolu yoxdur.

Müəyyən dairələrdə nikbinlik olsa da, vəziyyətin oktyabr ayından daha gərgin olacağı proqnozlaşdırılır. Sanksiyaların ikinci hissəsi olaraq 4 noyabrda İranın energetika sektoruna böyük qadağalar qoyulacaq ki, bu da ölkənin əsas maliyə gəlirinin qarşısının alınması demək olacaq. Fars diplomatiyası işə yaramasa İran sözünün əvvəlinə “V” hərfi əlavə oluna bilər. Amma istənilən halda qonşu ölkələrdə sabitlik daha məqbuldur.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə