Tramp: İranın vəziyyəti pisləşir

Tramp: İranın vəziyyəti pisləşir
Trampla Ruhani arasındakı görüş İran prezidentindən asılıdır

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı ilə görüşü haqqında qərarı Tehranın qəbul etməli olduğunu bildirərək, İranda iqtisadi vəziyyətin pisləşdiyini bəyan edib.

“İran və onun iqtisadiyyatı günbəgün pisləşir, özü də çox sürətlə. Görüşüb-görüşməyəcəyimizdən asılı olmayaraq. Bu barədə qərarı yalnız onlar qəbul etməlidirlər”, - deyə, Tramp Twitter-də yazıb.

Qeyd edək ki, Tramp əvvəllər iranlı həmkarı Həsən Ruhani ilə görüşü istisna etməyərək, istəyin İrandna gəlməli olduğunu, görüş üçün əlavə şərtlərə ehtiyac olmadığını bildirmişdi.

ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bildirib ki, belə görüş İran daxili və xarici siyasətini dəyişdikdə, ABŞ-ın bir qədər əvvəl tərk etdiyi nüvə razılaşmasının əvəzinə yeni sənədin müzakirəsinə hazır olduğunu bəyan etdikdə mümkündür.

Tehrandan gələn cavabda isə ABŞ-ın əvvəlcə nüvə sazişinə qayıtmalı olduğu vurğulanırdı.

Xatırladaq ki, Tramp mayın 8-də Vaşinqtonun İranla nüvə sazişindən çıxdığını elan edib. Amerika prezidenti İrana qarşı bütün sanksiyaların, o cümlədən bu ölkə ilə ticarət aparan digər dövlətlərə qarşı təkrar sanksiyaların bərpasını bildirib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə