Ermənistanın hayı, Zimbabvenin küyü... (VİDEO)

Ermənistanın hayı, Zimbabvenin küyü... (VİDEO)
İnqilab - ölkələri dağıdan “dəyər”

Zimbabve Afrikanın cənubunda yerləşən bir ölkə kimi hər zaman Avropanın aparıcı ölkələrinin diqqətini çəkdiyindən, daim təsir dairəsindən çıxa bilməyib. Ona görə də bu ölkədə vahid siyasi hakimiyyət, vahid idarəetmə sistemi anlayışı tam formada formalaşmayıb. Daha doğrusu 1980-ci ilə qədər bu ölkədə sabit quruluş mövcud olmayıb. Əvvəllər bu ölkə 100 ildən artıq başqa bir ad - Radeziya adı altında mövcud olub.

Ölkənin adı dəyişəndən sonra və Robert Muqabenin hakimiyyəti bərqərar olandan sonra, baxmayaraq ki, ara-sıra üsyanlar, iğtişaşlar baş verdi, amma ağ dərililərin hakimiyyətinə son qoyuldu. O ağların ki, müxtəlif illərdə bu ölkəyə köçürülmüş və inkişafları üçün hər şey edilmişdi. Əslində ölkədə siyasi mübarizə əvvəlcə rənglərin davası üzərində formalaşıb. O zaman köçürülən ağ dərili insanlar iqtisadiyyatda aparıcı mövqe tutaraq siyasi hakimiyyəti ələ keçirmişdilər. Qara dərili insana münasibət itlərə qoyulan hörmətdən qat-qat aşağı idi. Bir sözlə, ölkə tam hakimiyyət mexanizmi olan və bütün hakimiyyət qollarının mövcud olduğu bir sistemdən uzaq idi.

Və beləliklə, Zimbabvedə hakimiyyətin rəngi dəyişdi, qara dərili Robert Muqabenin dövrü başladı və 40 il davam elədi. O, heç vaxt nəinki hakimiyyətdən, heç həyatdan da getmək fikrində olmadı. Baxmayaraq ki, 93 yaş var idi, 100 yaşa qədər yaşayıb növbəti prezident seçkilərində iştirak etmək niyyətində idi. O, yaşdan dolayı hakimiyyəti idarə edə bilməməsi ilə yanaşı, özündən 40 yaş balaca olan arvadı Qreys Muqabe ilə də tez-tez gündəmə gəlirdi.

Bir gün manşetləri isə onun 40 illik hakimiyyətdən devrilməsi xəbəri bəzədi. Hərbi xunta iqtidarı devirsə də hakimiyyəti tam olaraq ələ keçirə bilmədi. Çünki indi hakimiyyətdə olan o vaxtki müxalifət hakimiyyətin bölüşdürülməsinə nail ola bildi.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə