Türkiyə və ABŞ razılığa gəldi (VİDEO)

Türkiyə və ABŞ razılığa gəldi (VİDEO)
Ankara və Vaşinqton birlikdə işləyəcək

Türkiyə və ABŞ aralarındakı problemlərin həlli ilə bağlı razılığa gəlib. REAL-ın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri və ABŞ dövlət katibi Mayk Pompeo arasında Sinqapurda keçirilən görüşündən sonra açıqlama verib.

Çavuşoğlu-Pompeo görüşü ilə bağlı ilk açıqlama Vaşinqtondan verilib. ABŞ Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunur ki, türkiyəli nazirlərə qarşı sanksiyalar Vaşinqtonun nə qədər ciddi olduğunun göstəricisidir. Bəyanatda o da bildirilir ki, iki ölkə arasında yaranmış problemlərin həlli üçün birlikdə çalışmaq barədə razılığa gəlinib.

Daha sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib. O bildirib ki, təhdid dili və sanksiyalarla heç bir nəticə əldə olunmayacaq.

“Ölkələr arasında problemlər, fikir ayrılığı ola bilər. Lakin biz problemləri Türkiyə olaraq diplomatiya, dialoqla həll etmək niyyətindəyik. Hər zaman belə düşünmüşük. Təhdid dili və sanksiyalarla heç bir nəticə əldə olunmayacağını əvvəldən demişik, bu gün də görüşdə təkrar etdik. Bunu da yaxşı başa düşdüklərini hesab edirik. İki ölkə arasında mövcud problemlərin necə həll ediləcəyini müzakirə etdik”, - deyə Mövlud Çavuşoğlu bildirib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə