Türkiyənin xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə arasındakı sanksiya qalmaqlından sonra ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Sinqapurda ASEAN-a üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində ilk dəfə görüşüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, diplomatlar Suriyadakı vəziyyəti, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini, ABŞ istehasalı olan “F-35” döyüş təyyarələrinin 5-ci nəslinin Türkiyəyə tədarük olunmasını, eləcə də amerikalı keşiş Endryu Bransonun mühakiməsini müzakirə ediblər.

Son 15 gün ərzində Çavuşoğlu ilə Pompeo 4 dəfə telefonla danışıb. Tərəflər arasında sonuncu dəfə avqustun 1-də Maykl Pompeonun təşəbbüsü ilə telefon danışığı olub.

Qeyd edək ki, ABŞ 2016-cı il iyulun15-də Türkiyədə dövlət çevirlişində iştirakda şübhəli bilinən Endryu Bransona görə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə