Rəngli olsa da, ağ-qara kinomuz (VİDEO)

Rəngli olsa da, ağ-qara kinomuz (VİDEO)
Azərbaycan kinosunun 120 yaşı tamam olur

Azərbaycanda bu gün ən çox bu suala cavab axtarırlar. Azərbaycan kinosu nədir? Mədəniyyət, yoxsa kommersiya. Çoxluq kommersiya deyir, kino adına bizə “göstərilən kino”lara görə. Mədəniyyət deyən azlıq da var. Onlar daha çox sovet kinosunun nostalgiyasını hələ də ruhunda, canında daşıyanlardır. 

Azərbaycan müstəqillik qazandıqdan sonra tənəzzülə uğrayan kinomuz az qala 30 ildir ki, özünə gələ bilmir. Niyə sualı ətrafında çoxlu cavablar var. Əvvəla ona görə ki, millətin özü kimi kinosu da sovet şinelini əynindən çıxartdı. O şinel ki, öz əynimizə olmasa da, kinomuzun əyninə biçilmişdi. Məsələn, ruslar Sakit donu çəkirdi, biz Dəli Kürü çəkirdik, onlar “Əsgər atası”nı çəkirdi, biz “Tütək səsi”ni. Yəni, böyük qardaşa baxıb “Böyük dayaq” kimi nümunələr yaradırdıq. Sonra qardaşımızla kisəmiz ayrıldı. SSRİ-nin dağılması sovet kinosunun maddi texniki bazasını da dağıtdı. O baza ki, sözün əsl mənasında kino onun üzərində bərqərar olmuşdu.

Bu gün də milli kinonun inkişafına ən ciddi əngəl kimi xüsusilə bu faktoru göstərirlər. Kinoçəkilişləri üçün lazım olan avadanlığın bahalılığı.

Amma bu tək səbəb deyil. Kinorejissorların asılılığı, azad kino mühitinin olmaması, şablon və ucuz ssenarilər bizi dünya kinosuna çox da yaxın getməyə qoymur. Baxmayaraq ki, Azərbaycan kinosu elə dünya kinosu ilə təxminən eyni vaxtda yaranıb. 1895-ci il dekabrın 28-də Fransada, 1898-ci il iyunun 21-də Bakıda Vasil-Vyatskinin teatr–sirkində Bakı həyatından bəhs edən bir neçə kinosüjet nümayiş etdirilib. Artıq 1900-cü ildə bu süjetlər Parisdə keçirilən Ümumdünya sərgisində nümayiş etdirilirdi.

Bu gün Azərbaycan kinosu dünya kino festifallarında nümayiş etdirilmir. Etdirillsə də, yer tutmur. yer tutsa da, biz bilmirik. Soruşanda da maarqlı bir cavab var. Yaxşı kinolarımız var, amma təbliğatı yoxdur, çünki televiziyalar reytinq vermir deyə kinolarımızı göstərmirlər. Yerli televiziyaalrda reytinq verməyən kinoya dünya baxacaqmı? Məncə fikirləşək. Nə olsun kinomuz müdrik yaşdadır....nə olsun ki rənglidir, amma ağ qaradır ki, ağ qara...

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə