Əzrayılla “nəlbəki” rəqsi (VİDEO)

Əzrayılla “nəlbəki” rəqsi (VİDEO)
Həsənağa Sadıqov xərçəngə təslim oldu

Məşhur rus şairi Marina Çvetayevanın “Mənim Puşkinim” adlı bir məqaləsi var. O məqalə maraqlı bir fikirlə başlayır. Deyir ki, mən Puşkini onun öldürülməsinə görə tanıyırdım. Sonra bildim ki, o şairdir, onu öldürən Dantes isə fransız. Dantesin Puşkini görən gözü olmayıb, çünki, o şeir yazmağı bacarmırdı, ona görə də onu duelə çağırdı və düz qarnından güllə ilə vurub öldürdü. Beləliklə mən 3 yaşımda bildim ki, şairin həmişə tox olmayan qarnı var. Onun qarnı məni ruhundan heç də az narahat etmirdi.

Bu fikirləri istənilən sənət adamı haqqında da demək olar. Lap elə bu gün haqqın rəhmətinə qovuşan Həsənağa Sadıqov haqqında da. O da ruh adamıydı, o da sənət nümayiş etdirirdi, o da gözəllik bəxş edirdi insanlara, amma Çvetayevanın təbirincə desək, öləndən sonra tox olmayan qarın və sənət haqqında düşünməyə vadar etdi adamı. Kimsə durub deyə bilər ki, sənətkar heç vaxt ac olmur. Razıyam. Amma bəs kim deyə bilər ki, bütün sənətlər də ən sonda qarının tox olmağına xidmət etmir? Həsənağa Sadıqov bu nəlbəki və nimçələri həm qarın, həm də ruhun qidası üçün dilə gətirmişdi, danışdırırdı. Əla bacarırdı bu işi, sənət göstərirdi, lap belə demək mümkündüsə, stəkanda fırtına yaradırdı. Çünki istedad qanındaydı.
 
1950-ci il dekabırın 7-də Salyan şəhərində anadan olan Həsənağa Sadıqov Muğanın ən məşhur aşıqlarından olan Aşıq Qurbanxanın nəvəsi idi. İncəsənət Universitetinin bitirmişdi, Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində konsert proqramları ilə çıxış etmişdi. Gözəl də səsi vardı. Amma bu səsi nəlbəki səsinə qurban verdi...

Ruhu şad olsun.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə